Bakıda aktyor və xanımı qətlə yetirildi — Yenilənib

콘텐츠

Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında - Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

Belə ki, saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

***

Daxili İşlər Nazirliyi (DİN) hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 22-si saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

Hazırda araşdırma aparılır.

요약하다
Ötən gecə Nəsimi rayonunda 85 yaşlı İosif Tkaç və 79 yaşlı arvadı Lyudmila Tkaç qətlə yetirilib. Hadisə metronun "Memar Əcəmi" stansiyası yaxınlığındakı binada baş verib. İosifin boynu kəsilib, Lyudmilaya isə başına zərbə endirilib. İosif Tkaç Rus Dram Teatrında aktyor, Lyudmila isə uzun illər müəllimlik edib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb və cinayəti törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev saxlanılıb. Araşdırma davam edir.